İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Bakı, 28 iyun, AZƏRTAC
İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 250 nəfərdən çox insan isə zəhərlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi “Əl-Mamlaka” televiziya kanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumatda bildirilib ki, limanda zəhərli qazlı maddə ilə doldurulmuş çənin daşınma zamanı yıxılması nəticəsində qəza baş verib ki, bu da qaz sızmasına səbəb olub.
Qaz sızmasının yaşayış məntəqələrindən uzaqda baş verdiyi qeyd edilir.
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul ediblər
Çində 900 ildən çox yaşı olan taxta körpü yanıb
Misirdə 9 milyondan çox miqrant məskunlaşıb
Filippin Prezidenti ABŞ ilə əlaqələri möhkəmləndirəcəyini vəd edib