Ukraynanın Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində həlak olanların sayı 10-a çatıb
Kiyev, 27 iyun, AZƏRTAC
Ukraynanın Poltva vilayətinin Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 40 nəfər isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Luninin “Telegram” səhifəsində məlumat yayıb.
Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Portuqaliya ekstremal quraqlıqdan əziyyət çəkir
Ermənistanda bir sıra obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib
Ermənistanda baş vermiş partlayış zamanı yaralananların sayı 57 nəfərə çatıb
Polşa hökuməti Rusiya vətəndaşları üçün viza verilməsini məhdudlaşdırmaq istəyir
Monteneqrodakı silahlı hücumda həlak olanların xatirəsi yad edilib