İranın xarici işlər naziri Türkiyəyə səfər edib
Ankara, 27 iyun, AZƏRTAC
İran islam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyə Respublikasına səfər edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında ikitərəfli, sonra nazirlərin rəhbərliyi ilə heyətlərarası görüş keçirilib.
Nazirlər birgə mətbuat konfransı keçiriblər.
Tərəflər bölgə ölkələrindəki prosesləri, o cümlədən Azərbaycanın da daxil olduğu regional münasibətləri, həmçinin Türkiyə-İran əlaqələrinin inkişaf imkanlarını müzakirə ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Portuqaliya ekstremal quraqlıqdan əziyyət çəkir
Ermənistanda bir sıra obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib
Ermənistanda baş vermiş partlayış zamanı yaralananların sayı 57 nəfərə çatıb
Polşa hökuməti Rusiya vətəndaşları üçün viza verilməsini məhdudlaşdırmaq istəyir
Monteneqrodakı silahlı hücumda həlak olanların xatirəsi yad edilib