×
A
A
A
Sazlamalar

Bağçılıqda prioritet istehsal sahələrinin inkişafına həsr olunan konfrans keçirilib

Gəncə, 23 iyun, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Bağçılıqda prioritet istehsal sahələrinin inkişafında elm-tədris-istehsalat tendensiyasının tətbiqi və nəzəriyyədən praktikaya gedən yol” adlı konfrans təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov meyvəçilik və tərəvəzçiliyin ölkəmizdəki tarixindən, mövcud vəziyyətdən və bu sahəyə göstərilən dövlət dəstəyindən bəhs edərək, bu sahədə görülən işlərə ADAU və elmi-tədqiqat institutlarının birgə dəstək verməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent İlham Qaraqurbanlı “Müasir dünya bağçılığı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov “Üzümçülükdə mövcud potensial və perspektiv inkişaf” mövzusunda, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxs İdarə Heyətinin sədri fəlsəfə doktoru Elmar Allahverdiyev “Tərəvəzçiliyin davamlı inkişafında əsas tendensiyalar və innovativ texnologiyalar”, ADAU-nun Bağçılıq kafedrasının əməkdaşı professor Zaur Həsənov “Sitrus meyvəçiliyinin inkişafına innovativ yanaşmalar” mövzusunda təqdimatlar edib.
Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.
Konfrans günün ikinci yarısında bölmələrdə davam etdirilib.

Regionlar 2022-06-23 16:35:00