Ağdaşda 2 ton 300 kiloqram narkotik tərkibli bitki məhv edilib
Ağdaş, 23 iyun, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mürsəl və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi çəkisi 2 ton 300 kiloqram olan 3105 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Bərdədə gənclərin yay düşərgəsi təşkil olunub
Sumqayıtda qəzalı vəziyyətdə olan 19 nömrəli tam orta məktəb binasının əsaslı təmirinə başlanılıb
Abşeron rayonunda şəhidlərin məzarı ziyarət olunub
Xocavənd qəsəbəsində icbari tibbi sığorta ilə əlaqədar maarifləndirici tədbir keçirilib