Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə xitam verilib
Kiyev, 23 iyun, AZƏRTAC
Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə xitam verilib.
AZƏRTAC xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi Ukraynada “Tərəqqi Sosialist” partiyasının fəaliyyətini qadağan edib.
Qərara əsasən siyasi partiyanın bütün əmlakı dövlətin mülkiyyətinə keçəcək. Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiaları əsasında qərar çıxarıb.
Qeyd edək ki, bundan öncə Səkkizinci İnzibati Məhkəməsi 10 siyasi partiyanın fəaliyyətini qadağan edib.
Məhkəmənin müvafiq qərarları ilə “Sol Müxalifət”, “Şariynin Partiyası”, “Müxalifət Bloku”, “Sosialist”, “Naşi”, “Sosialistlər”, “Vladimir Saldo” bloku, “Derjava”, “Ədalət və İnkişaf” və “Müxalifət platforması - Həyat uğrunda” partiyalarının fəaliyyəti qadağan olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Serbiyanın təbii qaz rezervləri ölkə tarixində ən yüksək səviyyəyə çatıb
Türkiyədə mülki təlim təyyarəsi qəzaya uğrayıb
Məşhur ərəb aktrisa İngiltərənin “The Economist” qəzetini məhkəməyə verib
Mostar Avropanın ən gözəl şəhərləri siyahısında qərarlaşıb
Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi ULAQ-ın seriya istehsalına başlanılıb