×
A
A
A
Sazlamalar

Bərdədə yaradıcı insanlarla görüş keçirilib

Bərdə, 23 iyun, AZƏRTAC

Bərdə rayon Heydər Əliyev Parkında yaradıcı gənclərin yerli şairlərlə görüşü təşkil olunub. Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Bərdə Regional “ASAN xidmət” Mərkəzinin könüllüləri, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bu cür görüşlərin gənclərin bədii ədəbiyyata marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşdırılmasına xidmət etdiyini bildirib.
Görüş zamanı bərdəli şairlər Nofəl Sadiq, Bəxtiyar Akifoğlu, Nadir Qədimli, Aqşin Hacızadə ilə oxucular arasında diskussiya aparılıb. Şairlər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, onlara bədii ədəbiyyat oxumağı, çoxlu mütaliə etməyi tövsiyə ediblər.
Tədbirdə yaradıcı gənclərin hazırladıqları əl işləri, rəsm əsərləri nümayiş olunub və gənc ifaçıların musiqi nömrələri dinlənilib.

Regionlar 2022-06-23 14:23:00