×
A
A
A
Sazlamalar

Salyanlı gənclər “Sosial media savadlılığı və kiberbullinq” adlı təlimə qoşulublar

Salyan, 23 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində gənclər üçün “Sosial media savadlılığı və kiberbullinq” adlı təlim keçirilib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Natiq Həsənzadə və təlimçi Günel Salayeva gənclərə “Ənənəvi media və sosial media”, “Sosial mediada yayımlanan saxta xəbərlər” və səbəbləri” barədə danışıb. Həmçinin “Misinformation” və “Disinformation”, “İnformasiya süzgəci”, “Xəbərin doğruluğunu müəyyən etməyin yolları” kimi məsələlər haqqında söhbət açılıb. Bundan başqa, təlim zamanı “Sosial mediada təhlükəsizlik“, “Kibercinayətkarlıq”, “Sosial mediada şəxsi məlumatların qorunması”, “Sosial media aludəçiliyi”, “Kiberzorakılıq", “Kiberbullinqin həyata keçirilmə yolları”, “Kiberzorakılığa məruz qalanların bilməli olduqları məqamlar” haqqında gənclərə məlumat verilib.
Daha sonra gənclər komanda işində “clickbait” nümunələrinə dair araşdırma aparıb, təqdimat hazırlayıb və təqdim ediblər.

Regionlar 2022-06-23 13:04:00