×
A
A
A
Sazlamalar

Böyük Britaniyada ərzaq qiymətləri 8,3 faiz artıb

London, 22 iyun, AZƏRTAC

Böyük Britaniyada ərzaq qiymətləri 8,3 faiz artıb.
AZƏRTAC xəbər verir ki, ərzaq inflyasiyası 2009-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Bu göstərici əvvəlki ayda 7 faiz təşkil edirdi. Artan enerji haqları və benzin qiymətləri ingilislərin üzərinə düşən yükün artacağını göstərir.
İstehlakçılar 13 ildə ərzaq qiymətlərində ən böyük artımla üzləşiblər.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2022-06-22 18:38:00