×
A
A
A
Sazlamalar

Çində qaz balonunun partlaması üç nəfərin ölümünə səbəb olub VİDEO

Pekin, 22 iyun, AZƏRTAC
Çinin Şandon vilayətində yeməkxanada sıxılmış maye qaz (LPG) balonunun partlaması üç nəfərin ölümünə, ikisi ağır olmaqla 10 nəfərin xəsarət almasına səbəb olub.
AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, Tayan şəhərində baş vermiş partlayış nəticəsində yeməkxana ilə yanaşı, ətrafdakı müxtəlif təyinatlı bir neçə obyektə də ciddi ziyan dəyib.
Hadisədən sonra şəhər hökuməti oxşar obyektlərdə texniki təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasının yoxlanmasına qərar verib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-06-22 17:53:00

Video