×
A
A
A
Sazlamalar

İrlandiya Rusiyaya məxsus 1,7 milyard avroluq aktivləri dondurub

Bakı, 22 iyun, AZƏRTAC

İrlandiyanın hakimiyyət orqanları Avropa İttifaqının sanksiyaları çərçivəsində Rusiyanın fiziki və hüquqi şəxslərinə məxsus bir sıra aktivləri dondurub.
AZƏRTAC “The Irish Times” nəşrinə istinadla xəbər verir ki, İrlandiya Xarici İşlər Nazirliyinin məlumatına görə, dondurulan aktivlərin ümumi miqdarı 1,72 milyard avrodur. Həmin məbləğin əsas hissəsini oliqarxların müsadirə edilmiş yaxtaları, təyyarələri və son aylarda digər ölkələrdə də diqqət mərkəzində olan dəbdəbəli əmlakları deyil, müxtəlif bank qurumlarında və fondlarında toplanmış maliyyə aktivləri təşkil edir.
Avropa İttifaqı Ukraynada müharibə başlayandan bəri Rusiyaya qarşı altı sanksiya paketi qəbul edib. Rusiya neftini, banklarını və yüksəkvəzifəli hərbçilərini hədəf alan son paket bu ayın əvvəlində qüvvəyə minib.

 

Dünya 2022-06-22 12:24:00