×
A
A
A
Sazlamalar

ABŞ-da istehlak qiymətləri 8,6 faiz artıb

Vaşinqton, 22 iyun, AZƏRTAC

ABŞ-ın Əmək Statistikaları Bürosunun verdiyi məlumata görə, ötən ay ərzində inflyasiya daha da pisləşib. Ərzaq, kirayə və enerji xərclərinin artması gözləniləndən daha da çox artıb.
AZƏRTAC büronun dərc etdiyi məlumata istinadən xəbər verir ki, aprel ayı ilə müqayisədə inflyasiya 0.3 faiz artım təşkil edir.
May ayında enerji qiymətləri 3,9 faiz, benzin 4,1 faiz bahalaşıb. Qida xərcləri isə 1,2 faiz artıb. Tez-tez dəyişkən enerji və ərzaq xərclərini aradan qaldıran əsas inflyasiya göstəricisi ayda 0,6 faiz və illik əsasda 6 faiz artıb.
Comerica Bankının baş iqtisadçısı Bill Adams bu barədə fikir bildirərək deyib: “ABŞ-da inflyasiya inadkar şəkildə yüksək olaraq qalır. Bu, Rusiya-Ukrayna münaqişəsinin səbəb olduğu qlobal ərzaq və enerji çatışmazlığını, həmçinin ev qiymətləri, kirayə haqqı və tibbi xidmət kimi ölkə daxilində müəyyən edilmiş qiymətlərin yüksək sürətini əks etdirir”.

AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2022-06-22 07:29:00