×
A
A
A
Sazlamalar

Azərbaycan çox ciddi elektrik enerjisi ixracatçısıdır

Bakı, 16 iyun, AZƏRTAC

Ötən il Azərbaycanda 44 milyard kubmetr qaz hasil edilib. Bu il həmin rəqəmin 45 milyard kubmetrə çatdırılması planlaşdırılır. Ötən 5 ay ərzində 9,4 milyard kubmetr qaz ixrac edilib. Qaz ixracatının artırılması üçün Azərbaycanda kifayət qədər potensial var.
AZƏRTAC xəbər verir ki, bunu “Enerji təhlükəsizliyinə cari təhlükələr: onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda panel iclasında energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Azərbaycan çox ciddi elektrik enerjisi ixracatçısıdır. Belə ki, ötən illə müqayisədə elektrik enerjisinin ixracı 45 faiz artıb.

Energetika 2022-06-16 22:22:00