×
A
A
A
Sazlamalar

AERA mayda büdcədən maliyyələşən müəssisələrdə keçirilən nəzarət tədbirlərini açıqlayıb

Bakı, 13 iyun, AZƏRTAC

May ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 71 nəzarət tədbiri aparıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 48 nəzarət tədbiri keçirilib.

 

Energetika 2022-06-13 11:02:00