×
A
A
A
Sazlamalar

Mayda 12 qaz təchizatı layihəsinin qeydiyyata alınmasından imtina edilib

Bakı, 9 iyun, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən may ayında qaz təchizatı layihəsinin ekspertizası nəticəsində aşkarlanmış çatışmazlıq səbəbindən 12 qaz təchizatı layihəsinin qeydiyyata alınmasından imtina edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 44 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. “Azərenerji” ASC-nin və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib. Agentliyin səlahiyyətlərinə aid olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 17 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Energetika 2022-06-09 14:21:00