×
A
A
A
Sazlamalar

May ayında 9 tikinti obyektinin enerji təchizat layihəsi qeydiyyata alınıb

Bakı, 9 iyun, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən may ayında 9 tikinti obyektinin enerji təchizat layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, enerji təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən bir enerji təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib. Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən 13 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 184 tikinti obyektinin qaz təchizatı layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb.

Energetika 2022-06-09 06:43:00