×
A
A
A
Sazlamalar

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə may ayında 436 vətəndaş müraciət edib

Bakı, 8 iyun, AZƏRTAC

Cari ilin may ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və Energetika Nazirliyindən 436 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 41-i məlumat üçün olmaqla cəmi 369 müraciət, təbii qaz təchizatı ilə bağlı 5-i məlumat üçün olmaqla cəmi 54 müraciət, istilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 2 müraciət, 11 müraciət isə digər məsələlərlə bağlı olub. 436 müraciətdən 155 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 5 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 229 müraciət hazırda baxılma prosesindədir, 47 məlumat xarakterli müraciətdən 21-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.


 

Energetika 2022-06-08 14:12:00