×
A
A
A
Sazlamalar

Azərbaycan və Çexiya arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 8 iyun, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekerti səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, o cümlədən Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişdən irəli gələn, həmçinin birgə İşçi Qrupun yaradılması və onun ilk iclasının keçirilməsi kimi məsələlər müzakirə olunub.
Nazir Azərbaycanda səlahiyyət müddəti başa çatan səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb, səfir isə bundan sonra da iki ölkə arasında enerji əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib.

Energetika 2022-06-08 13:45:00