×
A
A
A
Sazlamalar

“Total Energies”: Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var

Şuşa, 4 iyun, AZƏRTAC
Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut Bakı Enerji Həftəsi çərçivəsində Şuşada keçirilən “Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” adlı xüsusi sessiyada deyib.
O bildirib ki, “Total Energies” şirkəti ilə Azərbaycanın uzunmüddətli əməkdaşlığı var. İyirmi altı ildən çoxdur ki, enerji layihələrinin həyata keçirilməsində birgə əməkdaşlıq aparılır.
“Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var. Ölkə bu vasitə ilə artan enerji tələbatını ödəyə bilər”, - deyə Regis Agut vurğulayıb.

Energetika 2022-06-04 12:36:00