×
A
A
A
Sazlamalar

Ravvin Moşe Levin: Müstəqillik Günündə bütün azərbaycanlılara sülh, sevinc və tərəqqi arzulayıram VİDEO

Paris, 29 may, AZƏRTAC

Biz Azərbaycanın Müstəqillik Gününü birlikdə qeyd edirik. Azərbaycan dövlətinin rəhbərliyini, xalqını bu bayram münasibətilə təbrik edirəm. Azərbaycanlılara, sülh, sevinc və tərəqqi arzulayıram.
Bu fikirləri Azərbaycan Mədəniyyət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr edilmiş ziyafətdə yəhudi ravvin Moşe Levin AZƏRTAC-a müsahibəsində deyib.
“Mən fransız olaraq dünyəviliyə çox bağlıyam, ancaq qeyd etməliyəm ki, Azərbaycan dünyəviliyi dünyada ən nümunəvi dünyəvilikdir. Bu dünyəvilik bütün dinlərə birgə, mehriban yaşamağa və qarşılıqlı hörmətə imkan yaradır. Azərbaycan bütün ölkələrə ən yaxşı nümunədir.
Azərbaycanın Müstəqillik Günü qeyd edilən bu Mədəniyyət Mərkəzi Fransa Ravvinləri Konqresinə ev sahibliyi etdi. Ravvinlərimizə bu mühüm konqresin keçirilməsinə, eləcə də onlara Azərbaycanı yaxından tanımağa imkan yaratdığı üçün Azərbaycana, xüsusilə Azərbaycanın Fransadakı səfirinə minnətdarlığımı bildirirəm.
Bilirəm ki, Azərbaycan sülh danışıqlarının başlanılmasına nail olub. Ümid edirik ki, regionda sülh danışıqları konkretləşəcək. Azərbaycana tezliklə regionda sülhə nail olmağı, sərhədlərin tanınmasını və tərəqqi arzulayıram”, - deyə ravvin M.Levin vurğulayıb.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Siyasət 2022-05-29 12:10:00

Video