Şəki müəllimləri Türkiyənin qabaqcıl müəllimlərindən birgə layihələrlə bağlı təkliflər alıblar
Şəki, 28 may, Mustafa Dadaşov, AZƏRTAC
Türkiyənin İzmir şəhərində keçirilən EYFOR - XIII (Eğitim Yöneticileri və Uzmanları Derneği - Təhsil idarəçiləri dərnəyi) forumunda Şəki müəllimləri də iştirak ediblər. Türkiyənin ən böyük müəllimlər konfransı olan bu tədbirdə Azərbaycan 30 nəfərədək müəllimlə təmsil olunub. Onlardan 3 nəfəri Şəki rayonunu təmsil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, konfransda iştirak edən Şəki şəhər 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi , EYUDER-in region təmsilçisi Ümmü Süleymanova “Məntiq və biz” elmi məqaləsini, Şəki şəhər 11 nömrəli tam orta məktəbin kimya müəllimi Xatirə Şabəddinova “Şəfa deposu” posterini, rayonun Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi, EYUDER-in Şəki təmsilçisi Elnarə Əhmədova isə “Uğurun sirri bədən dilindədir” məqaləsini təqdim ediblər.
Müəllimlərin təqdimatları maraqla qarşılanıb. İştirakçılara sertifikatlar təqdim olunub.
Şəki müəllimləri qardaş ölkənin qabaqcıl müəllimlərindən birgə layihələrlə bağlı təkliflər də alıblar.
Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb
Biləsuvarda qanvermə aksiyası: “Sən də bizə qoşul, qan ver, həyat qurtar!”
“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir
Mingəçevir Dövlət Universiteti yaz imtahan sessiyasına hazırdır