Fars körfəzində Yunanıstana məxsus 2 gəmi həbs edilib
Tehran, 28 may AZƏRTAC
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) dəniz qüvvələri Fars körfəzinə daxil olan Yunanıstana məxsus 2 yük gəmisini həbs edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sepah-ın bu gün yaydığı açıqlamada deyilir. Nəzərə çatdırılıb ki, Yunanıstan gəmiləri körfəzə daxil olarkən müəyyən edilən beynəlxalq qaydaları pozub.
Qeyd edək ki, ötən ay Yunanıstanın sahil mühafizə xidməti İrana məxsus gəmini ərazi sularında həbs edərək yükünü müsadirə edib.
Hələlik Yunanıstan tərəfi məsələyə münasibət bildirməyib.
İran mətbuatı yazır ki, gəmilər yalnız İrana dəyən ziyan ödənildikdən və həbs olunan gəmisi azad edildikdən sonra sərbəst buraxıla bilər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB
Florensiyada evlərin qısamüddətli icarəsinə icazə verilməyəcək
Türkiyə Prezidentinin andiçmə mərasimində Nikol Paşinyan da iştirak edəcək
Çingiz xanın əsas qalasının xarabalığı tapılıb
Kreml Paşinyanın Rusiya-Ukrayna münaqişəsinə dair fikirlərinə münasibət bildirib