Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərin cəzası yarıya endirilib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisələrində də icra olunub.
AZƏRTAC xəbər verir ki, həmin cəzaçəkmə müəssisəsində 4 nəfərin cəzası yarıya endirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfəri əhatə edib.
“Böyük Qayıdış” Gənclər Təşkilatı silsilə tədbirlər həyata keçirib
Anar Kərimov reabilitasiya xidmətləri göstərilən qazilərlə görüşüb