×
A
A
A
Sazlamalar

"Zərərli vərdişlərə birgə qalib gələk" adlı maarifləndirmə tədbiri keçirilib

Bakı, 27 may, AZƏRTAC

Nərimanov Rayon İcra Hakimiyyətində “Zərərli vərdişlərə birgə qalib gələk” adlı maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərov, Respublika Narkoloji Dispanserin həkim narkoloqu Aytən Nadirova, Mərkəzi Klinik Xəstəxananın psixiatrı doktor Azər Bağırov, Nərimanov Rayon Polis İdarəsinin narkomaniya ilə mübarizə bölməsinin müvəkkili Şirin Əzimov və tələbələr iştirak ediblər.
Çıxış edənlər mövzu haqqında iştirakçılara məlumat verərək onları zərərli vərdişlərdən uzaq olmağa çağırıblar. Qeyd edilib ki, hər birimiz adi müşahidələrdə zərərli vərdişlərin məhv etdiyi insanları görürük. Bu vərdişlər müxtəlifdir, eyni zamanda, onların verdiyi zərərin nəticələri də müxtəlifdir.
Tədbir zamanı siqaret və narkotik maddələrin orqanizmdə səbəb olduğu müxtəlif xəstəliklərlə yanaşı, insan psixologiyasında, ailə mühitində yaratdığı problemlər barədə də söhbət aparılıb.
Sonda tədbir iştirakçılar ilə mövzu ətrafında maraqlı müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sosial 2022-05-27 20:03:00