×
A
A
A
Sazlamalar

Qəbələdə əmək yarmarkasına işəgötürənlər tərəfindən 200-dən çox vakansiya təqdim olunub

Qəbələ, 27 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Qəbələ rayonunda əmək yarmarkası keçirilib. Əmək yarmarkasına işəgötürənlər tərəfindən 200-dən çox vakansiya təqdim edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Yarmarkada, həmçinin vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib, bu aktiv məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılıb. İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada, eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilib.

Regionlar 2022-05-27 18:52:00