“İrəli” İctimai Birliyi Gəncədə “Müstəqillik günü: müasir Azərbaycanın təşəkkülü” adlı elmi mühazirə təşkil edib
Gəncə, 27 may, Elcan Məmmədov, AZƏRTAC
“İrəli” İctimai Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümü münasibətilə həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermiş hadisələri dərindən öyrənmək məqsədi ilə “Müstəqillik günü: Müasir Azərbaycanın təşəkkülü” adlı elmi mühazirə təşkil edib.
İctimai Birlikdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, gənc tarixçi Taleh Mirzəyevin moderatorluğu ilə keçən mühazirədə AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi geniş təqdimatla çıxış edib.
Qeyd olunub ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunların milli müstəqilliyin möhkəmlənməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında böyük rolu olub.
Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı şanlı Qələbə nəticəsində torpaqlarımızın bütövlüyü təmin edildi. Azərbaycan gənci bundan sonra qalib xalqın nümayəndəsi kimi ona miras qalan ənənələri qürurla davam etdirəcək.
Mühazirənin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Abşeron rayonunda Qurban bayramı ilə əlaqədar heyvan kəsimi və satışı üçün yerlər ayrılıb
Çətənə bitkiləri yetişdirən Şabran sakini saxlanıldı
Kanalların beton üzlüyə alınması su itkisinin qarşısını almaqla yanaşı, suvarmanı da sürətləndirir