×
A
A
A
Sazlamalar

Sumqayıt idmançısı beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Sumqayıt, 27 may, Ətrabə Rzayeva, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Məhəmmədəli Aşurəliyev boks üzrə beynəlxalq turnirdə uğurla çıxış edib. O, doğma şəhərinə qalib kimi qayıdıb.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, may ayının 18-25-də Özbəkistanın Fərqanə şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirdə milli yığma komandanın tərkibində çıxış edən gənc idmançı öz çəki kateqoriyasında yüksək nəticə əldə edib. Belə ki, Sumqayıt məktəbinin yetirməsi Məhəmmədəli Aşurəliyev 54 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançını Əməkdar məşqçi Elbrus Rzayev yarışa hazırlayıb.

Regionlar 2022-05-27 13:28:00