×
A
A
A
Sazlamalar

On bir nömrəli onbirillik musiqi məktəbinin hesabat konserti

Bakı, 27 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 65 illiyinə və 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. Konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin rəhbəri və dirijoru Samir Şahbəddinovun müşayiəti ilə şagirdlərin ifasında F.Əmirov, T.Quliyev, Q.Qarayev, F.List, F.Şopen, V.Monti kimi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri məharətlə səsləndirilib.
Sonda söz və musiqisi Rövşən Məmmədova aid olan “Heydər dühalı” əsəri təqdim olunub.

Mədəniyyət 2022-05-27 12:47:00