Kiş çayı və ətraf ərazilərdə ekoloji monitorinq aparılıb
Şəki, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya və Landşaftşünaslıq şöbələrinin əməkdaşları tərəfindən Kiş çayının Damarçın qolu və Narınqala körpüsü ərazilərində ekoloji monitorinq aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Elmi Mərkəzindən məlumat verilib.
Monitorinq zamanı çayın gətirmə konusunda may ayı ərzində müşahidə edilən intensiv yağışların törətdiyi fəsadların öyrənilməsi üçün işarələmələr və ölçü işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə olunub. Eyni zamanda, həmin ərazilərin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri aparılıb.
Professor Vaqif Qələndər: Naxçıvanda müasir səhiyyə infrastrukturu yaradılıb
Gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində olublar
Naxçıvanda beynəlxalq lisenziyalı məşqçilik kurslarına start verilib