Hindistanda yol-nəqliyyat hadisəsi nəticəsində doqquz nəfər həlak olub
Bakı, 27 may, AZƏRTAC
Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatı ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində doqquz nəfər həlak olub.
AZƏRTAC “The Hindu” qəzetinə istinadla xəbər verir ki, Srinaqar-Leh avtomobil yolunun dağlıq ərazidən keçən hissəsində on nəfərin olduğu avtomobil dərəyə yuvarlanıb. İlkin ehtimala görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Qeyd edək ki, Hindistan ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin sayının ən yüksək olduğu ölkələrin reytinqində liderlərdən biri olaraq qalır. Belə ki, 2019-cu ildə ölkənin yollarında baş verən avtomobil qəzaları nəticəsində 151 mindən çox ölüm halı qeydə alınıb.
Prezident Rəcəb Tayyib Ərdoğan: Adanada yüksəkkeyfiyyətli neft yatağı aşkar etmişik
İranın xarici işlər naziri Türkiyəyə səfər edib
Ukraynanın Kremençuk şəhərində ticarət mərkəzi raketlə vurulub, ölənlər və yaralananlar var