×
A
A
A
Sazlamalar

Batabatda “Xalq yaradıcılığı günü” keçiriləcək

Şahbuz, 27 may, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunun füsunkar guşəsi olan Batabat yaylağında “Xalq yaradıcılığı günü” keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 28 May - Müstəqillik Günü münasibətilə keçiriləcək tədbir mayın 29-u saat 11-də başlayacaq. Burada zəngin mətbəx nümunələrinin dadına baxmaq, milli musiqilərimizi dinləmək, milli rəqslərimizi, folklor nümunələrimizi və xalq oyunlarını izləmək mümkündür.
Tədbirdə ailə təsərrüfatı məhsullarının sərgi-satışı da təşkil ediləcək.

Regionlar 2022-05-27 02:50:00