×
A
A
A
Sazlamalar

Yens Stoltenberq: NATO Ukraynanı uzun müddət ərzində dəstəkləməyə hazır olmalıdır

Bakı, 26 may, AZƏRTAC

NATO-nun Baş katibi Yens Stoltenberq alyansa üzv ölkələri Ukraynanı uzun müddət ərzində dəstəkləməyə hazır olmağa çağırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Yens Stoltenberq bu barədə İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində bildirib.
“NATO-nun birinci vəzifəsi Ukraynaya yardım etməkdir. Müharibələrin nəticələri gözlənilməzdir, onun necə və nə vaxt bitəcəyi heç kimə məlum deyil. Lakin biz uzunmüddətli perspektivdə dəstəyimizi davam etdirməyə hazır olmalıyıq”, - Şimali Atlantika Blokunun baş katibi belə deyib. Onun sözlərinə görə, NATO-nun digər rolu eskalasiyanın qarşısını almaqdır. “Münaqişə NATO ilə Rusiya arasında müharibəyə çevrilərsə, Avropaya daha çox dağıntı və zərər gətirəcək”, - deyə Yens Stoltenberq xəbərdarlıq edib.
O, həmçinin Ukraynada müharibə başlayandan bəri dəniz və hava qüvvələrinin dəstəyi ilə alyansın şərqindəki qoşunların sayının 40 min nəfərə çatdırıldığını vurğulayıb.

 

 

Dünya 2022-05-26 14:36:00