×
A
A
A
Sazlamalar

Nazir müavini Astara rayonunda sakinlərlə görüşəcək

Bakı, 26 may, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev iyunun 8-də Astara rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar mayın 26-dan iyunun 2-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sosial 2022-05-26 12:01:00