Yaponiya və ABŞ Yapon dənizi üzərində döyüş təyyarələrinin iştirakı ilə birgə təlimlər keçirib
Tokio, 26 may, AZƏRTAC
Yaponiya özünümüdafiə qüvvələrinin və ABŞ hərbçiləri mayın 25-də Yapon dənizi üzərində döyüş təyyarələrinin iştirakı ilə birgə təlimlər keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsi məlumat yayıb.
Qeyd edilir ki, Yaponiya tərəfdən təlimlərdə dörd F-15, ABŞ tərəfdən isə dörd F-16 qırıcısı iştirak edib. Bildirilir ki, təlimlərin məqsədi təhdidlərə tez bir vaxtda reaksiya vermək, həmçinin Yaponiya-ABŞ alyansını daha da möhkəmləndirməkdir.
Kyodo agentliyinin yazdığına görə, Yaponiya və ABŞ bu təlimlərlə Şimali Koreyaya mayın 25-də keçirdiyi növbəti raket sınaqlarına görə xəbərdarlıq edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Olaf Şolts: NATO Ukraynaya lazım olan qədər silah göndərəcək
Məşhur “Rappler” nəşrinin bağlanması barədə növbəti dəfə qərar qəbul edilib