Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub
Quba, 26 may, Elxan Yusifli, AZƏRTAC
Qaya parçalarının düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.
Quba Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 25-də Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, Əlik bələdiyyəsinin ərazisində qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.
Əraziyə cəlb olunan canlı qüvvə və xüsusi texnikaların köməyi ilə yol qaya parçalarından təmizlənib və avtomobillərin hərəkəti bərpa olunub.
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub
Füzulidə Silahlı Qüvvələr Günü ərəfəsində bir qrup qaziyə təltif olunduğu medallar təqdim edilib