Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Xaçmazda vətəndaşlarla görüşəcək
Bakı, 25 may, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev may ayının 31-də Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493-34-67, (+994 12) 595-13-50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, komitənin “www.arxkom.gov.az” internet səhifəsinin “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.
Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb
Naxçıvanda daha 10 ailə özünüməşğulluq proqramına cəlb olunub
Naxçıvanda ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur
IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan keçirilib