×
A
A
A
Sazlamalar

Maarifləndirici tədbirdə narkomaniyanın fəsadlarından bəhs olunub

Ağcabədi, 25 may, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə narkomaniya əleyhinə növbəti maarifləndirmə tədbiri rayonun Sarıcalı kənd tam orta məktəbində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.
Sonda narkotiklərin törətdiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-05-25 12:39:00