×
A
A
A
Sazlamalar

Sumqayıt məktəblilərinin növbəti uğuru

Sumqayıt, 25 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt məktəbliləri növbəti dəfə uğurlu nəticələr əldə ediblər.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, riyaziyyat, biologiya, fizika və informatika üzrə fənn olimpiadalarının final turunun nəticələrinə əsasən, sumqayıtlı məktəblilərin 1-i gümüş, 12-si bürünc medal qazanıb.
Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdlərindən 3 nəfər fizika, 4 nəfər biologiya, 2 nəfər isə riyaziyyat fənni üzrə medal əldə edib. Digər qaliblər Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin, 11, 21 və 23 nömrəli tam orta məktəblərin şagirdləridir.

Regionlar 2022-05-25 11:34:00