×
A
A
A
Sazlamalar

Moskvada antikovid amnistiyası elan olunub

Moskva, 25 may, AZƏRTAC

Moskva meri Sergey Sobyanin iyunun 1-dən koronavirus pandemiyası zamanı təyin edilmiş cərimələrin ödənişinin ləğv olunacağını elan edib.
AZƏRTAC xəbər verir ki, şəhər meri bu barədə şəxsi bloqunda açıqlama verib. O bildirib ki, vətəndaşların real gəlirləri azaldığından antikovid amnistiyası elan edilməsi barədə qərar qəbul olunub. İyunun 1-dən Moskva icra orqanları cərimələrin yığılması işini dayandıracaq. Ümumilikdə 13,6 milyondan çox qayda pozuntusuna görə cərimələr ləğv ediləcək.
Amnistiya COVID-19 pandemiyası zamanı özünütəcrid rejiminə riayət edilməməsinə görə təyin edilmiş cərimələrdən başqa bütün cərimələrə şamil olunur.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

Dünya 2022-05-25 11:16:00