Texas məktəbində atəş açılması nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb
Bakı, 25 may, AZƏRTAC
ABŞ-ın Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbdə atışma nəticəsində azı 14 şagird və 1 müəllim həlak olub. Bu barədə ştatın qubernatoru Qreq Ebbot CBS telekanalına bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qubernatorun sözlərinə görə, atəşi 18 yaşlı yerli sakin Salvador Romas açıb. O, hadisə yerinə gəlmiş yerli hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində güman ki, zərərsizləşdirilib.
Daha əvvəlki məlumatda ABC telekanalına istinadla atəş nəticəsində 2 uşağın həlak olduğu, 10-dan çoxunun yaralandığı bildirilmişdi.
İtaliyada meşə yanğınları ötən illə müqayisədə iki dəfədən çox artıb
Fransa tarixində ilk dəfə Milli Assambleyanın sədri vəzifəsinə qadın namizəd seçilib
Gürcüstanda turistləri daşıyan iki mikroavtobus qəzaya uğrayıb
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib