×
A
A
A
Sazlamalar

Texas ştatında məktəbdə açılan atəş nəticəsində 2 uşaq həlak olub, 10-dan çox şagird yaralanıb

Bakı, 25 may, AZƏRTAC

ABŞ-ın Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbdə açılan atəş nəticəsində iki məktəbli həlak olub, 10-dan çoxu yaralanıb. Bu barədə ABC telekanalı həkim mənbələrinə istinadla məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 13 məktəbliyə tibbi yardım göstərilib. Onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan başqa, 45 yaşlı bir nəfər də güllə yarası alıb.
Yerli KİV-in məlumatına görə, hadisədən bir saat sonra atəş açan şəxs saxlanılıb. Hadisənin motivləri və yaralıların vəziyyəti barədə hələ ki məlumat verilmir.

Dünya 2022-05-25 00:49:00