Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilərin saxlanılması istiqamətində növbəti əməliyyat başladılıb
İstanbul, 24 may, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə aparılan istintaq nəticəsində TSK-nın 60 üzvünün saxlanılmasına qərar verilib. Qərar əsasında mərkəzi İzmir olmaqla ölkənin 26 vilayətində paralel əməliyyatlar başladılıb. Onların arasında ölkənin Quru Qoşunları, Hərbi Dəniz və Hava qüvvələrinin əməkdaşları da var. İndiyədək bu şəxslərdən 44-ü ələ keçirilib.
Digər şübhəli şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün 12 şərti yerinə yetirəcək
ÜST: Avropada meymunçiçəyi ilə bağlı təcili müdaxiləyə ehtiyac var