×
A
A
A
Sazlamalar

İsveç hökuməti Ukraynaya növbəti hərbi maddi yardım paketinin ayrılması barədə qərar qəbul edib

Oslo, 24 may, AZƏRTAC
İsveç hökuməti Ukraynaya növbəti hərbi maddi yardım paketinin ayrılması barədə qərar qəbul edib.
AZƏRTAC İsveç KİV-inə istinadla xəbər verir ki, təqdim olunacaq materialların Ukrayna müdafiə qüvvələri tərəfinə təhlükəsiz çatdırılmasını və istifadəsini təmin etmək üçün qərarın təfərrüatlarının, eləcə də ötürülən yardımın növü və adının digər məsələlərlə yanaşı, məxfi saxlanılması qərara alınıb.
Xatırladaq ki, İsveç daha əvvəl Ukraynaya 10 mindən çox müxtəlif təyinatlı tank əleyhinə raketlər, o cümlədən 5 min dəbilqə, 5 min zirehli jilet, minatəmizləmə ləvazimatları və müxtəlif dərman vasitələrini təmənnasız şəkildə verib.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo

Dünya 2022-05-24 11:47:00