Etirazçılar Ermənistan XİN-in binasını əhatəyə almağa çalışır VİDEO
Bakı, 24 may, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinə giriş və çıxışı bloklamaq üçün binanı əhatəyə almağa çalışır.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları səhər saatlarında Xarici İşlər Nazirliyinin yaxınlığındakı hökumət binalarına girişi qısa müddət ərzində bloklamağa nail olub. Hazırda onlar xarici siyasət idarəsinin binasını mühasirəyə almaq istəyirlər.
Aksiyanın təşkilatçılarından biri, respublika parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan polisə effektiv müqavimət göstərə bilmək üçün etirazçıları bir yerə toplaşmağa çağırıb.
Son məlumata görə, XİN binasının önündə polislə müxalifətçilər arasında toqquşma başlayıb. Polis binanın girişini açmağa cəhd göstərir.
Hindistanda avtobusun dərəyə aşması nəticəsində 16 nəfər ölüb
Kiril Budanov: Rusiya ilə Ukrayna arasında müharibənin gələn il sona çatacağını düşünürəm
Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının daha bir fəal üzvünü zərərsizləşdirib
Komendant saatı müddətində Nukus şəhərindəki aeroport işləməyəcək
Hindistanda avtobus qəzası nəticəsində azı 16 nəfər həlak olub