İranda hərbi təyyarə qəzaya uğrayıb
Tehran, 24 may, AZƏRTAC
İranın İsfahandakı Hərbi Hava Bazasında təlim uçuşu zamanı F-7 təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, təlim uçuşunu yerinə yetirən pilotların hər ikisi həlak olub. Təyyarənin qəzaya uğraması səbəbini araşdırmaq üçün hadisə yerinə mütəxəssis qrupu göndərilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Ukrayna uzaqmənzilli raketlərin istehsalına başlayacaq
Fransada bıçaqla silahlanmış şəxs uşaqlara hücum edib
Monteneqro parlamentində və bəzi məktəblərdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub
Əfqanıstanda dəfn mərasimində törədilən partlayışda 16 nəfər ölüb