×
A
A
A
Sazlamalar

İtaliya indiyədək 120 mindən çox ukraynalı qaçqını qəbul edib

Roma, 24 may, AZƏRTAC

İtaliya ərazisinə bu vaxtadək 120 mindən çox ukraynalı qaçqın daxil olub.
AZƏRTAC xəbər verir ki, İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəyə ümumilikdə 120 min 859 Ukrayna vətəndaşı gəlib. Onlardan 63 min 57-si qadın, 17 min 544-ü kişi və 40 min 258-i isə yetkinlik yaşına çatmayanlardır.
Ukrayna vətəndaşlarının 114 min 643-ü birbaşa sərhəddən, 6216-sı isə dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya gəlib.
Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2022-05-24 10:56:00