Danimarkada “meymun çiçəyi”nə ilk yoluxma halı qeydə alınıb
Oslo, 23 may, Rauf Əliyev, AZƏRTAC
Danimarkada “meymun çiçəyi”nə ilk yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, beləliklə son bir həftə ərzində Avropanın bir neçə ölkəsinə, eləcə də ABŞ, Kanada və Avstraliyaya yayılan virus, artıq Danimarkada da qeydə alınıb.
Xəstəlik İspaniyanın Qran Kanariya adasında səfərdən qayıdan kişidə simptomların peyda olunması və müvafiq testlərin keçirilməsi nəticəsində tapılıb. Hazırda o, yüngül simptomlarla evdə təcrid olunub.
Hazırda Danimarka Xəstələrin Təhlükəsizliyi Agentliyi yoluxmuş şəxslə yaxın təmasda olanların da infeksiyaya yoluxub-yoluxmaması ilə bağlı araşdırma aparır.
Səhiyyə naziri Maqnus Çojnik mətbuata açıqlamasında deyib: "Səhiyyə orqanları Danimarkada bu infeksiyanın geniş yayılmasını gözləmir, lakin biz vəziyyətin pisləşdiyi halda mümkün qədər hazır olmaq üçün vəziyyəti izləyirik".
Məşhur “Rappler” nəşrinin bağlanması barədə növbəti dəfə qərar qəbul edilib
Cozef Bayden: ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək
İtaliya çempionatında “qızıl oyun” qaydası tətbiq olunacaq
Yens Stoltenberq: NATO sammitində yeni strateji konsepsiya qəbul olunacaq