×
A
A
A
Sazlamalar

İranda 5,5 gücündə zəlzələ olub

Tehran, 23 may, AZƏRTAC

Bir neçə saat əvvəl İranın Sistan-Bəlucistan vilayətində 5,5 gücündə zəlzələ olub.
AZƏRTAC Sistan-Bəlucistan vilayətinin Böhranların idarə edilməsi mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələ Zahedan şəhəri yaxınlığında yerin 16 kilometr dərinliyində baş verib.
Tehran Universitetinin Qeofizika mərkəzi zəlzələnin baş verməsini təsdiq edib və bildirib ki, zəlzələ episentrindən 320 kilometr aralıda yerləşən Kirman şəhərində də hiss olunub. Titrəyişlərin bu qədər uzaq məsafədə hiss edilməsi zəlzələnin güclü olmasından xəbər verir.
İlkin məlumatlara əsasən, şəxsi evlərə, dövlət binalarına və ictimai iaşə obyektlərinə ziyan dəyib, dağıntılar var. İnsan tələfatı haqqında hələlik məlumat yoxdur.
Dəymiş ziyanı müəyyən etmək üçün vilayətə xüsusi komissiya yola düşüb.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2022-05-23 13:50:00