×
A
A
A
Sazlamalar

Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib

Bakı, 23 may, AZƏRTAC
Müharibə, təqib və digər səbəblərdən evini tərk edən şəxslərin sayı tarixdə ilk dəfə 100 milyon nəfəri keçib.
AZƏRTAC xəbər verir ki, statistikanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.
Qeyd edilib ki, ötən ildə Əfqanıstan, Konqo, Myanma, Efiopiya və Nigeriyadakı münaqişələr səbəbindən qaçqın və köçkünlərin sayı 90 milyon nəfərə çatıb. 2022-ci ildə isə Ukrayna münaqişəsi nəticəsində 8 milyon nəfər köçkün, 6 milyon nəfər qaçqına çevrilib.

Dünya 2022-05-23 08:41:00