Berlin Humboldt Universitetində "solçular" və sosialistlər NATO-nu tənqid ediblər
Berlin, 22 may, AZƏRTAC
Berlin Humboldt Universitetində “NATO-suz həyat – sülh üçün ideyalar” mövzusunda simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin akademik kanalları ilə yayılan simpoziumun anonsunda “NATO-nun öz təhlükəsizlik maraqlarının başqalarının hesabına həyata keçirildiyi və qlobal miqyasda rəqiblərə qarşı mövqe tutan hərbi ittifaqa çevrildiyi” qeyd olunub.
Tədbir hibrid formatda təşkil olunub: spikerlərin bir hissəsi videoəlaqə vasitəsilə çıxış ediblər. İştirakçılar arasında Almaniya Sol Partiyasının və sosialistlərin nümayəndələri üstünlük təşkil edib. Tədbir iştirakçıları NATO-nun genişləndirilməsi məsələlərini və onun dünya təhlükəsizliyinə təsirini müzakirə ediblər. Çıxış edənlərin çoxu Şimali Atlantika blokunu beynəlxalq təhlükəsizlik üçün əsas təhdid hesab ediblər.
Onlar Ukraynada hərbi əməliyyatların dayandırılması, hər iki ölkə - həm Rusiya, həm də Ukraynanın təhlükəsizlik maraqlarının qorunmasının tərəfdarıdırlar. Onlar yalnız atəşkəsdən sonra mümkün olan sülhə çağırıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Yair Lapid İsrailin yeni Baş naziri olub
Yeni Zelandiya və Avropa İttifaqı azad ticarət haqqında müqavilə imzalayıb
Türkiyədə baş verən uçqun insan itkisinə səbəb olub
Finlandiyada hesab edirlər ki, ölkə payızadək NATO-ya üzv ola bilməyəcək
Odessa vilayətinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb